Rikoti magistralının əlavə 12 kilometrlik hissəsi açıldı
Rikoti magistralının əlavə 12 kilometrlik hissəsi açıldı

 
Rikoti magistral yolunun əlavə 12 km-də avtonəqliyyatın hərəkəti açılıb və ümumilikdə, nəqliyyat Rikotinin yeni magistral yolunun 48 km-dən istifadə edəcək.

Rikoti dağ keçidində magistral yolun tikintisi dörd hissədə davam edirdi. Gürcüstan hökumətinin məlumatına əsasən, hazırda üç hissə (Xevi-Ubisa, Ubisa-Şorapani, Şorapani-Arqveta) və birinci (Çumateleti-Xevi) 11 km-lik hissənin 7 km-i avtonəqliyyat vasitələri üçün tam açılmış olacaq. O cümlədən, nəqliyyat Rikotinin tarixi, yeni bərpa edilmiş tunelindən və onun paralel yeni tunelindən faydalanacaq.

Gürcüstan hökumətində izah edirlər ki, Rikotinin magistral yolunun tikintisi layihəsi çərçivəsində 51 tunel və 97 körpü ilə ümumilikdə 52 km-lik 4 zolaqlı magistral yol tikilir.

Onların məlumatına əsasən, bu vaxt üçün nəqliyyat artıq 49 tunel və 88 körpü ilə yeni 4 zolaqlı yolun 48 km-dən istifadə edəcək. Çumateleti-Xevinin qalan 4 km-lik hissəsində intensiv işlər davam etdirilir. Yamacların, o cümlədən 149-cu km-də yerləşən yamacın sabitləşdirilməsi işləri yekun mərhələdədir, bu başa çatdıqdan sonra da yolun tikintisinə başlanılacaq.

Gürcüstan hökumətinin məlumatına əsasən, ilin sonuna qədər yol yatağının qurulması başa çatacaq və iqlim şəraitinə müvafiq olaraq, texnoloji parametrlər və tələblərə zəruri uyğunluqla yol örtüyü salınacaq. Yolun yeni hissəsinin açılışından sonra isə köhnə yolun yenidən qurulması-modernləşdirilməsinə başlanılacaq.

“Rikotinin açılmış 48 km-lik magistral yolu səyahət müddətini 8 km-lə azaldır və ən azı hərəkət vaxtını yarıya endirir. Yeni yol beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun tikilib və yol işıqlandırma sistemi ilə təchiz edilib. Ümumilikdə, Rikoti magistralının yeni yolunun 93%-dən avtonəqliyyat vasitələri artıq istifadə edir, işlərin inkişafı isə 98%-dir. Rikotinin magistral yolunun tikintisi Asiya İnkişaf Bankı (AİB), Avropa İnvestisiya Bankı (AİB) və Dünya Bankından (DB) alınmış kreditlərin və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir. İşlərin ümumi dəyəri 2,6 milyard lariyə qədərdir” – Gürcüstan hökumətinin məlumatında qeyd olunub.