Rikoti dağ keçidində sürüşmə sahəsinin öyrənilməsi üçün işlər davam edir
Rikoti dağ keçidində sürüşmə sahəsinin öyrənilməsi üçün işlər davam edir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi tərəfindən yayılmış məlumata əsasən, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometri yaxınlığında (Rikoti dağ keçidi) əmələ gələn sürüşmə prosesinin təhqiq edilməsi davam edir.

Onlar tərəfindən verilmiş məlumatda bu mərhələdə sürüşmə sahəsinin kompleks təhqiqi, topoqrafik, geofiziki və geoloji tədqiqatlar aparıldığı deyilir.

“Tədqiqatda həm yerli, həm də beynəlxalq mütəxəssislər iştirak edirlər və yəqin ki, həftənin sonunda ilk rəyi təqdim edəcəklər. Tədqiqatın nəticələrinin təhlili əsasında nəqliyyatın hərəkətinin bərpasını müzakirə etmək mümkün olacaq.

Sürüşmə sahəsinin yerləşdiyi Çumateleti-Xevi hissəsində maqistral yolun tikinti işlərinə beynəlxalq şirkət nəzarət edir və onun dəvəti ilə sürüşmə sahəsinin tədqiqinə yüksək ixtisaslı gürcü və xarici mütəxəssislər qoşulublar.

Martın 30-dan Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometri yaxınlığında inkişaf edən sürüşmə ilə əlaqədar Rikoti dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”-deyə Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.