Rikard İozviakın məlumatına əsasən, Avropa İttifaqı səfirləri “Avropa Sülh Fondu”ndan Gürcüstana 30 milyon avronun ayrılmasını dəstəklədilər

16:00, 08.05.2024

Aİ səfirləri bu gün “Avropa Sülh Fondu”ndan Gürcüstana 30 milyon avroluq qeyri-öldürücü yardımın ayrılması üçün yaşıl işıq yandırıblar. Bu barədə “Azadlıq” radiosunun Avropa Bürosunun jurnalisti Rikard İozviak məlumat yayır.

Ukraynaya hərbi yardım sözügedən fonddan maliyyələşdirilir.

Bununla yanaşı, Rikard İozviak həmçinin yazır ki, dünən Brüsseldə Avropa İttifaqı səfirləri səviyyəsində Gürcüstandakı yaranmış vəziyyətlə bağlı debatlar keçirilib.

“Dünən Brüsseldə Avropa İttifaqı səfirləri səviyyəsində Gürcüstandakı yaranmış vəziyyətlə bağlı debatlar keçirilib. 26 üzv dövlət narahatlığını bildirib. Macarıstan susur. “Tezliklə Avropa İttifaqı bəyanat verə bilər və həmçinin, Xarici Agentlər Aktının Avropa İttifaqının qeydiyyat meyarlarına necə cavab verməsi ilə bağlı yenilikləri Avropa Komissiyasından da əldə etmək olar”, – İozviak yazır.

Oxşar