Rikard İozviak - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Litvada prezident seçkilərinin monitorinqini həyata keçirməyəcək, "DTİHB" Moskva və Minskin tərəfini tutdu
Rikard İozviak - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Litvada prezident seçkilərinin monitorinqini həyata keçirməyəcək, "DTİHB" Moskva və Minskin tərəfini tutdu

 
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Litvada prezident seçkilərinin monitorinqini həyata keçirməməsinin səbəbi Litvanın Belarus və Rusiya nümayəndələrinin müşahidəçilər sırasında olmasından imtina etməsidir-bu haqda “Azadlıq” radiosunun Avropa bürosunun redaktoru Rikard İozviak ATƏT-in aprelin 23-də yaydığı bəyanatla bağlı sosial şəbəkələrdə yazır.

“DTİHB” Moskva və Minskin tərəfini tutdu” – Rikard İozviak yazır.

ATƏT-in bəyanatında oxuyuruq: “Litvada qarşıdan gələn seçkiləri müşahidə etmək mümkün olmayacaq, çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ofisinə göndərilən dəvətdə ATƏT-in müəyyən üzv ölkələrinin vətəndaşlarının seçkidən kənarda qalması şərti var, bu da ATƏT-ə üzv bütün ölkələrin üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır”.