Revaz Cavelidze - Baş nazirə qarşı yalan və rüsvayçı kampaniya aparılır, şəxsi səfər zamanı dövlət xərci çəkilməyib, müxalifətçilər qalmaqal yaratmağa çalışırlar
Revaz Cavelidze - Baş nazirə qarşı yalan və rüsvayçı kampaniya aparılır, şəxsi səfər zamanı dövlət xərci çəkilməyib, müxalifətçilər qalmaqal yaratmağa çalışırlar

Gürcüstan hökuməti administrasiyasının rəhbəri Revaz Cavelidzenin sözlərinə əsasən, baş nazir İrakli Qaribaşvili şəxsi səfəri zamanı heç vaxt dövlət xərclərindən istifadə etməyib.

Onun sözlərinə görə, hökumət kollegiyasından istifadə ilə bağlı dövlət mühafizəsinin xüsusi xidmətinin rəhbəri artıq izahat verib.

Revaz Cavelidze deyir ki, baş nazirə qarşı yalan və biabırçı kampaniya aparılır.

“Mən son bir neçə gündə Gürcüstanın baş nazirinə qarşı aparılan yalan və biabırçı kampaniyaya cavab vermək istəyirəm. Gürcüstanın baş naziri şəxsi səfəri zamanı heç vaxt, indiyə qədər, hətta əvvəlkcə də bəhs etdiyimiz konkret halda nə dövlət hesabına səyahət edib, nə də gələcəkdə belə bir planı var. Təsdiq edirik ki, bu səfər zamanı heç bir dövlət xərcləri çəkilməyib, bu, şəxsi səfərdir. Onun hökumət kollegiyasından istifadə edib-etməməsinə gəlincə, dövlət mühafizəsinin xüsusi xidmətinin rəhbəri onun müdafiə olunmalı olub-olmaması ilə bağlı kifayət qədər geniş açıqlama verdi.

Təəssüf ki, bizim müxalifət partiyalarının nümayəndələri, müxalifətçilər qalmaqal olmayan yerdə qalmaqal yaratmağa çalışırlar. Gürcüstanın baş naziri çox layiqli insandır və süjetdə onun haqqında deyilən şey inanılmazdır. Bütün kampaniya qarayaxma kampaniyasıdır. Fikrimcə, bütün bunlar onu və ailəsini gözdən salmağa xidmət edir”, Revaz Cavelidze bildirib.