“Reuters” – Yəmənli “husilər” Qırmızı dənizin mühüm limanı olan Mokanı ələ keçirdilər
Yəmənli “husilər” ölkənin qərb hissəsində yerləşən liman şəhəri Mokanı ələ keçirdilər. Məlumatı Yəmən hökumətində də təsdiqləyiblər.
“Röyter”in yazdığına görə, qruplaşmanın bu addımı qlobal enerji təchizatı üçün növbəti təhlükə yaradır. Bununla yanaşı, hərbi mənbələrin sözlərinə görə, “husilər” ən mühüm dəniz marşrutlarından biri olan Babülməndəb boğazının yaxınlığında əlavə olaraq bir neçə obyekti də ələ keçiriblər.
Məlumat üçün bildirək ki, 8 sentyabrda Yəmənli “husilər” Səudiyyə Ərəbistanına hücum edib və nəticədə 73 nəfər xəsarət alıb. Bundan sonra beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti müttəfiqləri ilə birlikdə “husilərə” qarşı hücuma başlayıb.