“Reuters” – Yaponiyanın xarici işlər naziri Donald Trampın andiçmə mərasimində iştirak edəcək

15:22, 11.01.2025

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək. – “Reuters” agentliyi mənbəyə əsaslanaraq məlumat yayır.

“Reuters”in məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri inaqurasiya mərasiminə Trampın komandası tərəfindən dəvət edilib.

Takeşi İwaya Yaponiya Nazirlər Kabinetinin ABŞ prezidentinin andiçmə mərasimində iştirak edən ilk üzvü olacaq.

Mənbənin sözlərinə görə, İvaya Amerika səfəri zamanı Trampın dövlət katibi vəzifəsinə seçdiyi Marko Rubio ilə görüşməyə ümid edir.

Oxşar