"Reuters" - Yaxın gələcəkdə İran Rusiyanı yüzlərlə ballistik raketlə təmin edəcək
"Reuters" - Yaxın gələcəkdə İran Rusiyanı yüzlərlə ballistik raketlə təmin edəcək

Yaxın gələcəkdə İran Rusiyaya yüzlərlə ballistik raket göndərəcək, Reuters Avropa kəşfiyyat mənbələrinə əsaslanaraq yazır.

Agentlik mənbələrinin bildirdiyinə görə, rusiyalı personal hazırda İranda “Fath-360” qısa mənzilli ballistik raket sistemlərinin istifadəsi üzrə təlimlər keçir. Bu silah növü peyk vasitəsilə idarə olunur, raketlər maksimum 120 km məsafə qət edə bilir.

Agentlik yazır ki, onların Moskvaya köçürülməsi ilə bağlı saziş çox güman ki, ötən il dekabrın 13-də Tehranda Rusiya Müdafiə Nazirliyinin nümayəndələri İrana səfər edərkən imzalanıb. Eyni zamanda, daha bir ballistik raket kompleksi olan “Əbabil”in ötürülməsinə dair müqavilə imzalanıb.

Reuters qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etmir.