"Reuters" - Virciniya Universitetində fələstinlilərə dəstək üçün keçirilən tələbələr nümayişini polis güc tətbiq edərək dağıdıb, ən azı 25 fəal saxlanılıb
"Reuters" - Virciniya Universitetində fələstinlilərə dəstək üçün keçirilən tələbələr nümayişini polis güc tətbiq edərək dağıdıb, ən azı 25 fəal saxlanılıb

Virciniya Universitetində fələstinlilərə dəstək üçün keçirilən tələbələr nümayişini polis güc tətbiq edərək dağıdıb. Məlumatı “Reuters” agentliyi yayır. Nəşrin məlumatına əsasən, ən azı 25 fəal saxlanılıb.

Aksiya iştirakçıları universitet şəhərciyində çadırlar qurmuşdular. Nümayişçilər Qəzza zolağında müharibənin dayandırılmasını tələb edirdilər.

Universitet rəhbərliyinin bəyanatına görə, onlar dəfələrlə tələbələri aksiyanı dayandırmağa çağırdılar, hərçənd, fəallar bu tələbi yerinə yetirmədilər. Hadisə yerinə gələn polis bibər qazı və gözyaşardıcı qaz vasitəsi ilə toplaşanları dağıtdı.