“Reuters” - Turizm mövsümü fonunda Yunanıstanın adalarında su qıtlığı yaşanır
“Reuters” - Turizm mövsümü fonunda Yunanıstanın adalarında su qıtlığı yaşanır

 
Yunanıstanın adaları içməli su çatışmazlığından əziyyət çəkir-bu haqda “Reuters” yazır.

Naksos adasında su ehtiyatları güclü istilər səbəbindən demək olar ki, tamamilə quruyub, bu da ada sakinləri üçün təhlükə yaradır.

Karpatos adasında yerli hakimiyyət sakinlərə hovuzları doldurmaq üçün sudan istifadə etməyi qadağan edib, bir neçə adada isə su qıtlığı ilə mübarizə aparmaq üçün dəniz suyunu süzməyə çalışırlar.

“Reuters” agentliyinin məlumatına əsasən, yaranmış vəziyyəti ölkədə yerli əhalinin mühüm gəlir mənbəyi olan turizm mövsümünün olması da çətinləşdirir.