Reuters - Suriyə kimyəvi silahın yeni növünü hazırlamağa davam edir
Suriyə iqtidarı kimyəvi silahın yeni növünü işlətməyə davam edir, ABŞ prezidenti Donald Tramp isə, növbəti kimyəvi hücüma mane olmaq üçün hərbi hərbi qüvvələrin istifadəsi üçün hazırdır.
ABŞ iqtidarı ehtimal edir ki, Rusiya-Amerika razılaşmasına baxmayaraq, hansı ki, 2014-cü ildə kimyəvi silahın tamamən yox eilməsini nəzərdə tuturdu, prezident Başar Əsəd kimyəvi silah ehtiyyatlarını sadəcə qorumaqla qalmadı və hətta onları artırmağa davam edir.
2018-ci yanvar ayında müxalifət qüvvələri tərəfindən nəzarət edilən bölgələrdə kimyəvi silahın istifadəsinin yeni bir halı aşkarlandı.
Reuters-in mənbələrinin birinə əsasən, əgər beynəlxalq ictimaiyyət Suriyə iqtidarına təzyiq edə bilməsə, kimyəvi silah bir gün “Amerikanın sərhədinə qədər gəlib çıxa bilər”.
Əsədin iqtidar qüvvələri Xan-Şeyxun bölgəsində zəhərəyici maddə Zarinin istifadə edilməsindən şübhəlidir.
2017-ci ilin aprelin 4-də kimyəvi silahlı hücüm nəticəsində 87 nəfər həlak oldu. Onların arasında 30 uşaq var idi. 550-dən artıq insan isə, ciddi xəsarət aldı.