Reuters – Suriya ordusunun rəisi zabitlərə prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını bildirib

12:37, 08.12.2024

İranın ordu komandanlığı öz zabitlərinə prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını bildirib. “Reuters” agentliyi bu məlumatı suriyalı zabitlərdən birinə istinadən yayıb.

Bundan əvvəl üsyançıların Dəməşqə daxil olduğu məlum olub. Üsyançıların sözlərinə görə, Bəşər Əsəd paytaxtı tərk edərək təyyarə ilə naməlum istiqamətə gedib.

Bundan əlavə, üsyançılar Suriya hökumətinin minlərlə insanın saxladığı Dəməşqin kənarındakı ən böyük hərbi həbsxana olan Sednaya həbsxanasından məhbusları azad etdiklərini bildiriblər.

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Suriya xalqının seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Oxşar