"Reuters" - Rusiyanın Oçamçiredəki hərbi dəniz bazası bu ölkənin Sevastopol üçün alternativ axtardığını göstərə bilər
"Reuters" - Rusiyanın Oçamçiredəki hərbi dəniz bazası bu ölkənin Sevastopol üçün alternativ axtardığını göstərə bilər

Oçamçiredəki Rusiya hərbi dəniz bazası Rusiyanın Sevastopol üçün alternativ axtardığını göstərə bilər – bu barədə “Reuters” yazır. Qərb nəşrinin məqaləsində o da qeyd olunur ki, Rusiya Gürcüstanın Abxaziya bölgəsində hərbi baza yaratmaqla Qara dəniz sahillərində hərbi mövcudluğunu Türkiyəyə doğru genişləndirir.

Qərb nəşri yazır ki, Krım yarımadasında ilhaq edilmiş Sevastopolda yerləşən Rusiyanın Qara Dəniz Donanması 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəfələrlə Kiyev qüvvələrinin hədəfinə çevrilib.

Jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskova Rusiya hərbi bazasının Oçamçirədə yaradılması ilə bağlı sual veriblər, lakin Kreml nümayəndəsi qeyd edib ki, Rusiya bölmələri və gəmilərinin yerləşdirilməsi ilə bağlı məsələ Rusiya Müdafiə Nazirliyinin məsuliyyətidir.

Eyni zamanda, Ukraynanın hücumları səbəbindən Rusiyanın Qara dəniz donanmasının böyük hissəsini ilhaq etdiyi Krımdakı əsas bazasından çıxardığı bildirilir.