"Reuters" - Qəzzada müharibə başlayandan bəri ABŞ İsrailə böyük miqdarda silah və sursat verib
"Reuters" - Qəzzada müharibə başlayandan bəri ABŞ İsrailə böyük miqdarda silah və sursat verib

“Reuters”in eksklüziv məlumatına görə, Qəzzada müharibə başlayandan bəri ABŞ İsrailə çoxlu sayda silah və sursat verib. Bu məlumatı xəbər agentliyinə iki yüksək rütbəli amerikalı məmur verib.

Xəbər agentliyinin məlumatına görə, “rəsmilər çatdırılma şərtlərini dəqiqləşdirməsələr də, yekun məlumatlara görə, son aylarda silah satışının məhdudlaşdırılması ilə bağlı beynəlxalq çağırışlara baxmayaraq, ABŞ-ın İsrailə hərbi yardımı azalmayıb. ”

“Reuters” yazır ki, Ağ Ev bu mövzu ilə bağlı şərh verməkdən imtina edib. Onların öz məlumatlarına görə, İsrailin Amerikadakı diplomatik nümayəndəliyi də şərh verməyib.