“Reuters” – Mart ayından bəri ilk dəfə olaraq, OPEC+ təşkilatı neft hasilatının artırılmasından imtina edəcək

17:23, 06.09.2026

Mart ayından bəri ilk dəfə olaraq, OPEC+ təşkilatı neft hasilatının artırılmasından imtina edəcək. Bazar günü keçirilən iclasda təşkilat oktyabr ayında neft hasilatı siyasətini dəyişməz olaraq saxlamağı planlaşdırdığını bəyan edib.

Məlumatı “Reuters” agentliyi yayır.

Medianın məlumatına görə, ABŞ-İran münaqişəsi başladıqdan sonra neft tədarükündəki qıtlığı aradan qaldırmaq üçün təşkilat hər ay hasilatı artırırdı. Sonda, 2026-cı ilin avqustunda OPEC+ sentyabr ayında hasilatın artırılması barədə razılığa gəlmişdi. Medianın yazdığına görə, İranla müharibənin Hörmüz boğazı vasitəsilə neft ixracına yenidən mane olması OPEC+ ölkələrinin neft hasilatını artırmaq imkanlarını məhdudlaşdırıb və bu da OPEC+ qərarlarının icra olunma imkanlarını azaldır.

Məlumat üçün bildirək ki, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) Fars körfəzi ölkələrini, o cümlədən İranı, Venesuelanı və bir neçə Afrika neft ixracatçısını əhatə edir. OPEC+ isə genişləndirilmiş formatdır və buraya OPEC üzvlərindən başqa, həmçinin Rusiya, Qazaxıstan, Braziliya, Meksika, Sudan və digər neft ixrac edən ölkələr daxildir.

Oxşar