„Reuters“ – Çin yəmənli „husiləri“ dayandırmaq üçün İrandan kömək istəyib

22:56, 17.09.2026

Rəsmi Pekin yəmənli „husiləri“ dayandırmaq üçün Tehrandan şəxsən kömək istəyib, – “Reuters” agentliyi iranlı yüksək rütbəli rəsmi şəxslərə istinadən məlumat yayır.

Onların məlumatına görə, Çin İrana Səudiyyə Ərəbistanı hakimiyyəti Çini Yaxın Şərqdə vəziyyətin deeskalasiyası üçün öz təsir imkanlarından istifadə etməyə çağırmasından sonra müraciət edib.

“Reuters” yazır ki, Çin münaqişə tərəflərini açıq şəkildə təmkinli olmağa, dialoqa və təhlükəsiz naviqasiyanın bərpasına çağırıb. Nəşrin mənbələrinin məlumatına görə, öz növbəsində Tehran Pekinə bildirib ki, regionda sabitlik və sülh ABŞ və İsrailin İrana qarşı müharibəni bitirməsindən asılıdır.

Çin regional gərginliyin Yəmənə və Qırmızı dənizə yayılmasını istəmir. Regional qeyri-sabitliyin artması heç bir tərəfin maraqlarına uyğun deyil. Bütün ölkələrin suverenliyi və təhlükəsizliyi hörmətlə nəzərə alınmalı, insanların yaşayışı üçün həyati əhəmiyyət kəsb edən obyektlər hədəfə alınmamalıdır. Çin tərəfləri vəziyyəti daha da mürəkkəbləşdirən hərəkətləri dayandırmağa çağırır və onları məsələləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, – deyə Çinin Xarici İşlər Nazirliyində bildiriblər.

Məlumat üçün bildirək ki, “husilər” ölkənin şimal-qərb hissəsini idarə edən Yəmən qruplaşmasıdır. Ötən həftə məlum oldu ki, “husilər” hərəkatı Yəmənin bütün Qırmızı dəniz sahili üzərində nəzarəti ələ keçirib.

Oxşar