Reuters - İsrailin Xan Yunis və Əl Nuseyrat düşərgəsinin şərqinə endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər ölüb
Reuters - İsrailin Xan Yunis və Əl Nuseyrat düşərgəsinin şərqinə endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər ölüb

İsrailin Qəzza zolağında, Xan Yunis və Əl Nuseyrat düşərgəsinin şərqindəki hücumları nəticəsində azı 12 nəfər həlak olub.

“Reuters”in yazdığına görə, ölənlər arasında iki uşaq və bir qadın var.

Reuters-in məlumatına görə, hücum nəticəsində 15 nəfər yaralanıb.

İsrail və Qəzza arasında döyüşlər 7 oktyabr 2023-cü ildən davam edir.