“Reuters” – İsrailin Beyruta hücumu nəticəsində İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun komandir müavini Abbas Nilforuşan öldürülüb

18:07, 28.09.2024

İsrailin Beyruta hücumu nəticəsində İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun komandir müavini Abbas Nilforuşan öldürülüb.

Sözügedən məlumatı İran mediasına əsaslanaraq “Reuters” agentliyi yayıb.

Məlumat üçün bildirək ki, ötən gecə İsrail Hizbullahın mərkəzi qərargahına hücum edib. Hücum nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah öldürülüb. Hücum nəticəsində Nəsrullahdan başqa, cənub cəbhəsinin komandiri də daxil olmaqla, “Hizbullah”ın digər üzvləri də məhv edilib.

Bundan əlavə, İsrail mətbuatının yazdığına görə, İsrailin Beyruta hücumundan sonra sözügedən məlumat yayıldıqdan sonra İranın ruhani lideri təhlükəsiz yerə aparılıb.

Oxşar