"Reuters"- İsrail qüvvələri tərəfindən hücuma cəhddə şübhəli bilinənlərin saxlanılması zamanı dörd fələstinli həlak olub
"Reuters"- İsrail qüvvələri tərəfindən hücuma cəhddə şübhəli bilinənlərin saxlanılması zamanı dörd fələstinli həlak olub

 
Ramallah şəhəri yaxınlığında İsrail qüvvələri tərəfindən hücuma cəhddə şübhəli bilinənlərin saxlanılması zamanı dörd fələstinli həlak olub. Daha sonra toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb və İordan çayının qərb sahilindəki xəstəxanaya yerləşdiriliblər. “Reuters” bu haqda Fələstinin rəsmi şəxslərinin məlumat yaydığını xəbər verir.

Bununla belə, İsrailin Sərhəd Polisinin yaydığı bəyanatda hücuma cəhd edən şübhəliləri saxlamaq üçün hadisə yerinə getdikləri, bu zaman 4 şübhəlinin avtomobillə qaçmağa çalışdığı qeyd edilir. Polis avtomobilə atəş açıb və şübhəliləri qətlə yetirib.

Fələstin tərəfinin verdiyi məlumatda, İsrail qüvvələrinin Ramallah şəhəri yaxınlığında yerləşən kənddən avtomobili atəşə tutduğu deyilir. Onların verdiyi məlumat üzrə, daha sonra İsrail ordusu kəndə daxil olub, bundan sonra da toqquşma nəticəsində 8 nəfər xəsarət alıb.