“Reuters” – İran hakimiyyəti Tehranda müdafiə tuneli tikir

14:15, 12.11.2024

İran hökuməti Tehranda müdafiə tuneli tikir. Bu barədə “Reuters” agentliyi yerli mediaya istinadən xəbər verir.

Tunel şəhərin mərkəzində yerləşəcək və Tehran metrosunu İmam Xomeyni xəstəxanasına birləşdirərək tibb müəssisəsinə birbaşa yeraltı çıxışı təmin edəcək.

“Ölkədə ilk dəfə Tehranda müdafiə qabiliyyətinə malik tunel tikilir”. – Tehran Şəhər Şurasının nəqliyyat departamentinin rəhbəri “Tasnim” agentliyinə bildirib.

Ötən ay İsrail İrana cavab zərbələri endirib. Zərbələrin hədəfi Tehranda və ölkənin qərbində yerləşən hərbi zavod və digər obyektlər olub.

Oxşar