“Reuters” Emmanuel Makron, Olaf Şolts və Donald Tuskun Gürcüstanla bağlı birgə bəyanatını yayır
“Reuters” Emmanuel Makron, Olaf Şolts və Donald Tuskun Gürcüstanla bağlı birgə bəyanatını yayır

 
Fransanın Prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Olaf Şolts və Polşanın Baş naziri Donald Tusk birgə bəyanat yayırlar və Gürcüstanda mövcud siyasi vəziyyətə görə narahat olduqlarını bildirirlər. Bəyanatı “Reuters” agentliyi yayır.

“Veymar üçbucağı” olaraq bilinən formatın üzvləri tərəfindən yayılmış bəyanatda deyildiyi kimi “Ölkə islahatlar həyata keçirməyənə qədər Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının açılmasını dəstəkləyə bilməyəcəklər”.

“Gürcüstan indiki kursunu dəyişməsə, islahatların nəzərəçarpacaq cəhdlərini göstərməsə, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan son vaxtlarda qəbul edilmiş qanunvericiliyi ləğv etməsə, Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının açılmasını dəstəkləyə bilməyəcəyik” – “Veymar üçbucağı” olaraq bilinən formatın liderləri bildiriblər.