"Reuters" - Co Bayden və Benyamin Netanyahu iyulda Vaşinqtonda görüşəcək
"Reuters" - Co Bayden və Benyamin Netanyahu iyulda Vaşinqtonda görüşəcək

Co Bayden və Benyamin Netanyahu iyulda Vaşinqtonda görüşəcək. Məlumatı “Reuters” yayıb.

“Reuters”in yazdığı kimi, ABŞ prezidenti ilə İsrailin baş naziri arasında görüş, çox güman ki, iyulun sonunda, Netanyahunun ABŞ Konqresində çıxış edəcəyi Vaşinqtonda baş tutacaq.

Lakin mətbuatın məlumatına görə, görüşün təfərrüatları hələ də dəqiqləşdirilir.

Benyamin Netanyahu iyulun 24-də ABŞ Konqresində çıxış edəcək.