“Reuters” – “BRICS” ölkələri konkret bir ölkənin adının çəkilməməsi ehtimalı az olan, lakin hər hansı bir ölkənin birtərəfli müharibəsini pisləyəcək birgə bəyannamə üzərində razılığa gəliblər
A man walks inside Bharat Mandapam, the venue of the BRICS Summit in New Delhi, India, September 12, 2026. REUTERS/Bhawika Chhabra
“BRICS” ölkələri konkret bir ölkənin adının çəkilməməsi ehtimalı az olan, lakin hər hansı bir ölkənin birtərəfli müharibəsini pisləyəcək birgə bəyannamə üzərində razılığa gəliblər. Bu barədə “Reuters” agentliyi dörd mənbəyə istinadən məmlumat yayır.
Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu blok Yeni Dehlidə illik sammitini keçirir.
“Reuters” agentliyinin məlumatına görə, üzv ölkələrin nümayəndələri, konsensusa əsaslanan birgə bəyannamə hazırlamaq üçün Fars körfəzi münaqişəsində qarşıdurma tərəfləri olan İran və Birləşmiş Ərəb Əmirlikləri arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Mənbələrin məlumatına əsasən, ölkə liderləri bəyannaməni böyük ehtimalla bu gün təsdiqləyəcəklər.