"Reuters" - ABŞ və Çin prezidentləri yaxın gələcəkdə birbaşa dialoq apara bilərlər
"Reuters" - ABŞ və Çin prezidentləri yaxın gələcəkdə birbaşa dialoq apara bilərlər

ABŞ və Çin prezidentləri yaxın gələcəkdə birbaşa dialoq apara bilərlər.

“Reuters”in yazdığına görə, bu, Pekində səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə Çinin xarici işlər naziri Van Yim arasında danışıqlar zamanı müzakirə olunub. Lakin Co Bayden və Si Cinpinq arasında dialoqa dair danışıqların nə vaxt baş tutacağı hələlik məlum deyil.

Həmçinin yüksək rütbəli hərbçilər arasında əlaqə video zənglər vasitəsilə həyata keçirilir.

Sallivanın Çinə səfəri avqustun 29-da başa çatır. Tərəflər iki ölkə arasında mövcud fikir ayrılıqlarını, eləcə də geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.