"Retro" restoranının sahibi barəsində qətimkan tədbiri olaraq 5000 lari həcmində girov qərarı çıxarılıb
"Retro" restoranının sahibi barəsində qətimkan tədbiri olaraq 5000 lari həcmində girov qərarı çıxarılıb

 

Batumi Şəhər Məhkəməsi “Retro” restoranının sahibi barəsində qətimkan tədbiri olaraq 5000 lari həcmində girov qərarı çıxarıb.

Teimuraz Varşanidze girov pulunu ödədikdən dərhal sonra həbsxananı tərk edəcək, hərçənd işin müzakirəsi başa çatana qədər zərərçəkmişlərlə ünsiyyətinə qadağa qoyulub. Təqsirləndirilən şəxs özünü günahkar hesab etmir.

“İctimaiyyətdən üzr istəmək istəyirəm, əhvalat mənə pis təsir edir, heç kəsi vurmamışam, heç kimə toxunmamışam. Əlim altında böyüyən uşaqları, sanki mənim övladlarım kimi dəstəkləmişəm. Narazı olduqlarını görəndə təəccübləndim və oradan çıxmalarını xahiş etdim. Həyəcan zəminində onu çıxarmağa çalışdım. İlk dəfə belə vəziyyətə düşdüm. Özümü təqsirli hesab etmirəm, ictimaiyyətdən üzr istəyirəm”–deyə Teimuraz Varşanidze məhkəmə prosesində açıqlayıb.

Teimuraz Varşanidzeni dünən zorakılıq ittihamı ilə saxlayıblar. Həbs sosial şəbəkədə restoran sahibinin işçiyə qarşı fiziki zorakılıq törətdiyinin əks olunduğu videoya əsasən baş verib.

Əmək Müfəttişliyi də restoranda məsələni öyrənib. Restoran 30.000 lari həcmində cərimələnərək bağlanılıb. Hazırda onun fəaliyyəti dayandırılıb. Hadisədən sonra “Retro”nu 15 əməkdaşı tərk edib.