Restoranlar vətəndaşların temperaturunun yoxlanılması da daxil olmaqla   bir neçə tələbə cavab verməli olacaqlar
 Restoranlar vətəndaşların temperaturunun yoxlanılması da daxil olmaqla   bir neçə tələbə cavab verməli olacaqlar

 

 

 

Restoranlar  fəaliyyətlərini  bərpa etmək üçün bir neçə tələbə cavab verməli olacaqlar. Bu barədə Gürcüstanın Birinci kanalına Əmək Şəraitinin Təftişi  İdarəsinin rəhbəri Beka Pheradze məlumat verib.

Onun sözlərinə görə, tələblər arasında vətəndaşların temperaturunun  yoxlanılması, dezinfeksiya və məsafənin qorunması da var.

Gürcüstanın  Restoranlar Assosiasiyasının qurucusu Kote Qabrichidze deyir ki, restoran biznesi hökumətlə çox uğurlu əlaqəyə malikdir və tənzimləmələr  üzərində iş aparılır.

Onun sözlərinə görə,tənzimləmələr həm açıq terrasları, həm də daxili məkanlar açılanda  burda fəaliyyət    qaydalarını əhatə edir.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva