Restoranlar Asosiyasiyasının rəhbəri bəyan edir ki, etiraz əlaməti olaraq, sabah 86 restoran çatdırılma xidmətini də dayandırır
Etiraz əlaməti olaraq, sabah 24 saat ərzində, 86 restoran çatdırılma servisini də dayandırır, – bu barədə məlumatı Birinci Kanala Restoranlar Asosiyasiyasının rəhbəri Şota Burcanadze verdi.
“Lokdauna görə, ölkə sosiyal partlayış həddinə gəlib çatıb. Biznes bankrot olur. Totalitar işsizlik baş alıb gedir. Problemin həlli üçün addımlar isə atılmır. Ölkə iqtidarı problemləri gərəkdiyi dərəcədə dərk etmir və bizə deyir ki, çatdırılma servisi ilə işləməyə davam edin. Biz də, etiraz olaraq, 24 saatlığına artıq çatdırılma servisini də dayandırırıq” – dedi Restoranlar Asosiyasiyasının rəhbəri.
Asosiyasiyada bəyan edirlər ki, sabah onlar da iqtidar administrasiyasının yanındaki etiraz aksiyasına qoşulacaqalr.
“Sabah saat 15:00-da bizdə etiraz aksiyasına qoşuluruq və ümid edirik ki, iqtidar bizim problemlərimizə anlayışla yanaşacaq, çünki etiraz etməyə məcburuq” – deyilir bəyanatda.