"Restoranlar Asosiyasiyasında" bəyan edirlər ki, restoran və kafe biznesi iflas etdi, bir ildən sonra tamamən dayanacaq
“Zaman keçdikcə, kafe və restoranlar biznesi lap pis vəziyyətə düşür. Söhbət tam iflasdan gedir və bir ildən sonra, ola bilsin ki, heç bir restoran işləməyə”, – bu barədə bəyanatı “Restoranlar Asosiyasiyasının” təsisçisi Kote Qabriçidze Gürcüstanın Birinci Kanalına verdi.
Onun dediyinə görə, restoranlar toylar və yas yerləri üçün bağlandığına görə, insanlar bənzər mərasimlər üçün evlər kirayələyirlər.
“Gün keçdikçə yenə bir restoranın bağlandığı haqqıında məlumat alırıq. İnsanlar toyları və yas mərasimlərini yenə də keçirəcəklər, biz isə, bütün requlyasiyaları qoruduğumuz halda çox pis cəzalandırıldıq” – dedi Kote Qabriçidze.
Qabriçidzenin dediyinə görə, iqtidar qərarlarının yerinə yetirilməsi zamanı hüquqmühafizəçilər də çox ədalətsiz hərəkət edirlər.
“Bizə gəlib kriminal kimi baxırlar: “Sabah burayı açıq görsək, 10 000 lari ilə cəzalandıracaqsınız” – deyirlər, güya biz nəsə kriminal yığınıyıq” – deyir Kote Qabriçidze.