Respublikaçılar partiyası Ermənistan baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcək
Respublikaçılar partiyası Ermənistan baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcək

Ermənistan Respublikaçılar partiyasının parlament fraksiyası, müxalifət tərəfindən təqdim olunan Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcək. Bu barədə hakim partiyanın parlament fraksiyasının sədri Vaqran Bağdasariyan bəyan etdi.

“Fraksiya dünən Nikol Paşinyan ilə görüşdü. Fraksiya qərar qəbul etdi, biz ölkənin demokratik kursunu qəbul edirik, lakin səsi ona qarşı verəcəyik”, – Bağdasariyan bəyan etdi.

Hakim Respublikaçılar partiyasının parlamentdə 105-dən 58 mandatı var.