Respublika Xəstəxanasının təxirəsalınmaz tibbi yardım şöbəsi və stasionar şöbəsi noyabrın 5-dən fəaliyyətini yeniləyəcək
Respublika Xəstəxanasının təxirəsalınmaz tibbi yardım şöbəsi
(Emergency) və stasionar şöbəsi noyabrın 5-dən fəaliyyətini yeniləyəcək.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, təxirəsalınmaz tibbi yardım şöbəsi tam təmir olunub, müasir avadanlıq və texnika ilə təchiz olunub. Şöbə 12 çarpayılıqdır, triaj otağı qurulub, şok əleyhinə otaq, kiçik və böyük müşahidə otaqları, eləcə də boks tipli palata yerləşir.
Klinikada 12 çarpayı – I-II-III səviyyəli intensiv terapiya çarpayıları, təxirəsalınmaz dializ çarpayısı, təcrid olunmuş və boks tipli palatalar olan kritik tibb və intensiv terapiya şöbəsi də (reanimasiya) yenilənib və təchiz edilib.
Ümumilikdə, hər iki şöbədə 110 tibb işçisi çalışır.