Respublika Xəstəxanasının əməkdaşlarının bir hissəsi etiraz aksiyası keçirib. Onlar “Rustaveli metrosu”nun yaxınlığında toplaşaraq, tələblərini səsləndirdikləri qanunverici orqana doğru yürüş təşkil ediblər.
Respublika Xəstəxanasının yenidən təşkili ilə bağlı sərəncam ləğv edilsin, binanın sökülməsi dayandırılsın və həkimlərin fasiləsiz işləməsinə imkan verilsin- onların əsas tələbləri məhz budur.
Həkimlər bu gün baş nazirlə görüşməyə hazır olduqlarını da bildiriblər. Aksiya iştirakçıları gələn həftədən ekstremal etiraz formasına keçiləcəyini və aclıq aksiyasına başlayacaqlarını istisna etməyiblər.