Respublika meydanından parlamentə qədər qadınların yürüş aksiyası keçirilib
Respublika meydanından parlamentə qədər qadınların yürüş aksiyası keçirilib

Respublika meydanından parlamentə qədər qadınların yürüş aksiyası keçirilib.

Təşkilatçıların sözlərinə görə, onlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxırlar və bu yolla yenidən parlament qarşısında etiraz aksiyası keçirəcək gənclər təşkilatlarını dəstəklədiklərini bildirirlər.

Yürüş iştirakçıları Respublika Meydanından qanunverici orqananın yanına gələrək axşam saatlarında planlaşdırılan aksiya iştirakçılarına qoşulacaqlar.