Respublika Meydanından parlament istiqamətində “Qadınlar Hərəkatının marşı” keçirilir
Tbilisidə Respublika meydanından parlament istiqamətində “Qadınlar Hərəkatının marşı” keçirilir. “Qadınlar Hərəkatı”nın üzvləri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, sadə vətəndaşlar Rustaveli prospektinə toplaşıblar.
Aksiya iştirakçıları parlamentin birinci oxunuşda qəbul etdiyi “Xalqın Gücü”nün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz etdiklərini bildiriblər. Onlar qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə qadınların hüquqlarına zərər vuracağını və məhdudlaşdıracağını, çünki gələcəkdə bunun, Qərb təşkilatlarının ölkədən getməsini hədəflədiyini qeyd ediblər.
Aksiya iştirakçılarından biri ölkənin gələcəyinin bu qanun layihəsi həll edildiyini bildirib.
“Bizim toplaşmağımızın əsas səbəbi birlikdə “Rus qanununa yox” deməkdir. Bu səbəbdən təkcə qadını deyil, bütün qadınları bizimlə birlikdə rus qanununa etiraz etməyə çağırıram. Bu ölkəni biz qorumalıyıq. Bura İrakli Kobaxidzenin ölkəsi deyil ki, Putinə məcməyidə təqdim etsin. Bizim ölkəmizdir, uşaqlarımızın ölkəsidir və gələcəyimiz həll olunur”- deyə aksiya iştirakçılarından biri açıqlayıb.
Bununla yanaşı, aksiya iştirakçısı Tinatin Maqrakvelidzenin qeyd etdiyi kimi, Avropaya inteqrasiya vətəndaşların konstitusion hüququdur və o, vətəndaşları yürüşə qoşulmağa çağırıb.
“Bu gün biz qadınlar rus qanununa etiraz edirik. Avropaya inteqrasiya bizim konstitusion hüququmuzdur. Bundan irəli gələrək, hamınızı yürüşümüzə qoşulmağa çağırırıq”- deyə aksiya iştirakçısı bildirib.
Bununla yanaşı, aksiya iştirakçılarının qeyd etdiyi kimi, yürüşdən sonra “Qadınlar Hərəkatı”nın üzvləri parlamentin qarşısında manifest oxuyacaqlar, onlar sözügedən qanun layihəsinin təsdiqinin Gürcüstanda qadın hüquqlarına vuracağı ziyanın yazılacağını bildiriblər.
Onlar aksiyaya paralel olaraq Gürcüstanın 12 şəhərində də analoji aksiya keçiriləcəyini açıqlayıblar.