Tbilisi meriyasının dəstəyi ilə Birinci Respublika meydanında klassik avtomobillərin sərgisi keçirilir. Tədbirdə 150 retro avtomobil təqdim olunur.
Tədbirdə Tbilisi meri Kaxa Kaladze oğlu ilə birlikdə iştirak edib. Tədbirdə parlamentin vitse-spikeri Arçil Talakvadze və Tbilisinin vitse-meri İrakli Xmaladze də iştirak ediblər.
Kaxa Kaladzenin sözlərinə görə, son illər klassik avtomobillərlə bağlı bir sıra qanunvericilik təşəbbüsləri hazırlanıb ki, onların müəlliflərindən biri də sözügedən tədbirin həmtəşkilatçısı Arçil Talakvadzedir.
“Gürcüstanda avtomobilləri, xüsusən də klassik avtomobilləri sevirlər. Meriya bu layihəni dəstəkləyir. Statistikaya nəzər salsaq, son illər Gürcüstanda tarixi avtomobillərin sayı xeyli artıb. Bugünkü hadisə də bunu göstərir. Bu gün 250 nəfər bu klubun üzvüdür. Biz öz tərəfimizdən belə layihələrin həyata keçirilməsinə kömək edəcəyik ki, bu istiqamətdə daha çox insan maraqlansın”, – deyə Kaxa Kaladze bildirib.
Arçil Talakvadzenin sözlərinə görə, klassik avtomobillər sahəsi parlamentin qəbul etdiyi qanunla tənzimlənirdi.
“Ötən sessiyada Gürcüstan parlamenti klassik avtomobillər haqqında xüsusi qanun qəbul etdi ki, bu da praktiki olaraq bu sinif və yaşda olan avtomobillər üçün hüquqi baza yaratdı. Bu sahə tamamilə tənzimlənir. Bu, ölkəmizdə iqtisadiyyata, turizmə və ən əsası klassik avtomobillərlə bağlı mədəniyyətin formalaşmasına öz töhfəsini verəcək. Artıq Qərbi Avropada və Amerika Birləşmiş Ştatlarında bu, çox populyardır və yaxşı haldır ki, Gürcüstanda da bu mədəniyyət yaranır”, – deyə Arçil Talakvadze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev