Respublika xəstəxanasının direktoru Zaza Avaliani istefa verib, Tea Tavartkiladze direktorun səlahiyyətlərini yerinə yetirəcək
Respublika xəstəxanasının direktoru Zaza Avaliani istefa verib, Tea Tavartkiladze direktorun səlahiyyətlərini yerinə yetirəcək

 

Gürcüstanın səhiyyə nazirinin müavini İlia Ğuduşauri Respublika xəstəxanasının direktoru Zaza Avalianinin istefa verdiyini , vərəm və ağciyər mərkəzində fəaliyyətini davam etdirəcəyini bildirib. O, baş direktor səlahiyyətlərini indiyədək kliniki menecer vəzifəsini icra edən Tea Tavartkiladzenin icra edəcəyini deyib.

“Respublika xəstəxanasının bütün şöbə müdirləri ilə yanaşı, rəhbərliklə də görüş keçirilib. Söhbətin əsas mövzusu illərdir Respublika xəstəxanasında çalışan və bu mərhələdə kliniki menecer vəzifəsini icra edən klinikanın yeni baş direktoru səlahiyyətlərini icra edəcək şəxsin təqdimatı olub. Qərar verildiyini bilirsiniz, cənab Zaza Avaliani illərdir işlədiyi vərəm və ağciyər mərkəzində fəaliyyətini davam etdirəcək, o, müvəqqəti olaraq Respublika xəstəxanasına təyinat almışdı. Onun vərəm mərkəzinə qayıtması, baş direktor səlahiyyətini isə bu mərhələdə Respublika xəstəxanasında çalışan kliniki menecerin yerinə yetirməsinə dair qərar verilib.

Bundan əlavə, nazirlik yaxın bir neçə gün və həftə ərzində birbaşa Respublika xəstəxanasında olacaq nazirlik əməkdaşlarından ibarət xüsusi qrup yaradıb. Nazirin dünən Respublika xəstəxanasının əməkdaşlarına, rəhbər şəxslərə, bütün maraqlı tərəflərə təqdim etdiyi bu təşəbbüs və konsepsiya nazirlik tərəfindən Respublika xəstəxanasının yenilənməsi ilə əlaqədar təşəbbüsü xəstəxananın bütün əməkdaşları üçün başa düşülən edəcək və biz sonadək məlumatı çatdıracağıq”-deyə İlia Ğuduşauri Gürcüstanın Birinci Kanalının efirində açıqlayıb.