Respublika xəstəxanasında karantində bu vaxt üçün 30 nəfər qalır.
Respublika xəstəxanasının klinika direktoru Devi Tabidzenin bəyanatına görə, karantində olanların sağlamlıq vəziyyəti qənaətbəxşdir və virus simptomları yoxdur.
Tabidze həmçinin bəyan edir ki, karantin zonasından İnfeksiya xəstəxanasına gedən pasient olmayıb və bu yaxşı göstəricidir.
Tabidzenin dediyinə görə, klinika yenə 15 nəfəri qəbul etməyə hazırdır.
“İki təyyarənin gəlməsini gözləyirik. Görək, yeni pasientləri haraya yerləşdirəcəklər. Hazırda bizdə də 15 nəfərlik yer var” – dedi Devi Tabidze.