Respublika xəstəxanası karantin zonası elan ediləcək
Respublika xəstəxanası karantin zonası elan ediləcək

Koronavirus ilə bağlı, Resbublika xəstəxanası karantin zonası elan ediləcək.

Bu barədə bəyanatı Respublika xəstəxanasının direktoru Levan Qopodze verdi.

Levan Qopodzenin dediyinə görə, klinika tamamən boşaldılacaq və karantin zonası üçün hazırlanacaq.

“Klinikaya, koronavirusa yoluxduğu ehtimal edilən insanlar gətiriləcəklər. Bura müvəqqəti olaraq, karantin zonası olacaq” – dedi Levan Qopodze.

Onun dediyinə görə, Respublika xəstəxanası hazırda 88 nəfəri qəbul edə bilər.

“Hazırda personalın treninqi başa çatdı və personalımız xəstəxanada qalacaq və infeksiya risklərini azaldılması üçün yardımçı olacaq” – dedi xəstəxana direktoru.