"Reportyorlar sərhədsiz" - dünyada 2018-ci ildə fəaliyyətlərini yerinə yetirərkən 80 jurnalisti qətlə yetirdilər
2018-ci ildə dünyada fəaliyyətlərini yerinə yetirərkən dünyada 80 jurnalisti qətlə yetirdilər. Bu barədə “Reportyorlar sərhədsiz” beynəlxalq hüqumüdafiəçi təşkilatının hesabatında deyilir.
Qətlə yetiriln jurnalistlərin yarıdan çoxu beş ölkəyə düşür: Əfqanıstan (15 qətlə yetirilmiş jurnalist), Suriya (11 qətlə yetirilmiş jurnalist), Meksika (9 qətlə yetirilmiş jurnalist), Yemen (8 qətlə yetirilmiş jurnalist) və Hindistan (6 qətlə yetirilmiş jurnalist). ABŞ-da “Capital Gazette” redaksiyasının binasına hücum zamanı həmçinin 6 jurnalist həlak oldu.
Beynəlxalq təşkilatda qeyd edirlər ki, Meksika yeganə ölkədir ki, silahlı münaqişə baş vermir, lakin jurnalistlərin qətli göstəricisi yüksəkdir. 2018-ci ildə münaqişə zonalarında cəmi 44 jurnalist həlak oldu.
Hesabatda deyilir ki, dünyada hazırda 348 jurnalist həbs edilib. Ən çox həbs edilən jurnalistlər Çin, Misir, Türkiyə və Səudiyyə Ərabistanndadır.