Reorqanizasiya başa çatana qədər prokurorluğun rəhbər vəzifəsindəki şəxslər üçün premiyaların verilməsi dayandırılacaq
Reorqanizasiya başa çatana qədər prokurorluğun rəhbər vəzifəsindəki şəxslər üçün premiyaların verilməsi dayandırılacaq

Gürcüstanın baş prokurorluğunda reorqanizasiyalar elan edildi.

Bu barədə məlumatı Gürcüstanın baş prokurorluğu yayır.

Baş prokuror Şalva Tadumadzenin qərarı ilə, ilk növbədə dəyişikliklər baş prokurorluğun struktur birliklərinə toxunacaq və həmçinin rəhbər vəzifəsində işləyən prokurorların atestasiyası və çox komponentli dəyərləndirmə sistemi keçiriləcək.

Şalva Tadumadzenin dediyinə görə, reorqanizasiya prosesinə xüsusi ilə yaradılan qrup başçılıq edəcək.

Reorqanizasiya prosesi başa çatana qədər isə, prokurorluğun rəhbər vəzifəsində işləyən şəxslər üçün premiyaların verilməsi dayandırılacaq.

“Baş prokurorluqda başlayan reorqanizasiya prosesi yeni strukturun formalaşmasına və efektiv idarə sisteminin yaradılmasına xidmət edir”, – deyilir Gürcüstan Prokurorluğunun bəyanatlnda.