ABŞ-ın Dövlət katibi Reks Tillerson gələn həftə Türkiyəyə səfər edəcək.
Hələlik səfərin dəqiq tarixi barədə açıqlama verilməyib.
Bundan başqa, bu həftənin sonu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster də Türkiyəyə gedəcək.
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında münasibətlər Vaşinqtonun Suriyada kürd qruplaşmalarına dəstək verməsi ilə əlaqədar böhran vəziyyətindədir.