Reks Tillerson Avropa turnesinə başlayır.
ABŞ-ın Dövlət katibi bugün Birləşmiş Krallığa gedəcək və həmkarı Boris Conson ilə görüşəcək.
Görüşün əsas mövzusu İranın nüvə razılaşması olacaq, həmçinin, Suriyə və Libyadaki vəziyyət də müzakirə olunacaq.
Müzakirə ediləcək mövzular arasında, Ukrayna və Şimali Koreya məsələləri də nəzərdə tutulur.
Bəyaz evdə bəyan edirlər ki, Tillersonun turnesinin əsas məqsədi transatlantika alyansına ABŞ-ın sadiqliyini vurğulamaqdır.
Sabah isə, Reks Tillersonu Parisdə gözləyirlər.
Tillersonun turnesi yanvarın 25-də Davosda davam edəcək, harda o, Donald Tramp ilə birlikdə Dünya İqtisadi Forumda iştirak edəcək.
Yanvarın 26-da Dövlət Katibi Varşavaya gedəcək.
Turne başa çatdığında isə, Tillerson Auşvits düşərgəsinin azad edilməsinin 73-cü ildönümünə həsr olunan tədbirdə iştirak edəcək.