Rəssam, rejissor, ssenarist Qiorqi Levaşov-Tumanişvili 80 yaşında vəfat edib.
Ailənin yaxınları məlumatı təsdiqləyirlər.
Qiorqi Levaşov-Tumanişvili 1963-cü ildə Tbilisi Dövlət Universitetini, 1971-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını, 1976-cı ildə Tbilisi Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib.
O, televiziya rejissoru idi, Böyük Britaniyanın 4-cü kanalında işləyirdi.
O, “Premyera” (1979), “Eksperiment” (1981), “Ayın qlobusu” (1986), “Marcori və Oliveri axtarırıq” (1991) və s. filmləri çəkib.