Rəcəp Tayyip Erdoğanı təhqir etdiyinə görə, NBA oyunçusu üçün həbs cəzası tələb edilir
Türkiyə prezidenti rəcəb Tayyip Erdoğanı təhqir etdiyinə görə, Türkiyə prokurorluğu, NBA oyunçusu Enes Kanter üçün 4 illik həbs cəzasının verilməsini tələb edir.
Türk hüquqmühafizəçilərinin dediyinə görə, “Nyu York Niks”-in basketbolçusu, 2016-cı ilin may və iyun aylarında Erdoğana qarşı təhqir edici ifadələrdən istifadə etdi.
Türkiyədə böyüyən Kanter, hazırda Amerikada yaşayır və Türkiyə iqtidarı onun Fethullah Gülenin tərəfdarı olduğunu iddia edir.
Onun həbs edilməsi tələbi ilə bağlı Kanter belə cavab verdi: “Bu adam manyakdır”
May ayında idmançının Türkiyə pasportu ləğv edildi. Bundan sonra Enes Kanter Rəcəp Tayyip Erdoğanı “Bizim zamanımızın Adolf Hitleri” adlandırdı.