Rəcəp Tayyip Erdoğan - Türk əsgərlərinə hücum etmək Suriyə iqtidarına çox baha başa gələcək
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bəyan edir ki, Türk əsgərlərinə hücum etmək Suriyə iqtidarı üçün çox baha başa gələcək.
Bu barədə bəyanatı Erdoğan Ankarada nitqlə çıxış edərkən verdi.
Bununla yanaşı, Türkiyə prezidenti qeyd etdi ki, sabah, fevralın 12-də, Suriyənin şimal-şərq hissəsində fəaliyyət planını bildirəcək.
“Suriyə rejiminin İdlibdə ciddi problemləri oldu, çünki o bunu çoxdan haqq edirdi. Bu problemlər davam edəcək. Bizim əsgərlərimizə hücum etmək onlara çox baha başa gələcək” – dedi Erdoğan.
Xatırladaq ki, Türkiyənin Müdafiyə Naziri bəyan etdi ki, Suriyə iqtidar qüvvələri tərəfindən Türk hərbi məntəqəsinə açılan artileriya atəşi nəticəsində, beş türk əsgəri həlak oldu.