Rəcəp Tayyip Erdoğan - Razılaşmanın şərtləri yerinə yetirilməsə, Türkiyə hərbi əməliyyata davam edəcək
Rəcəp Tayyip Erdoğan - Razılaşmanın şərtləri yerinə yetirilməsə, Türkiyə hərbi əməliyyata davam edəcək

Rəcəp Tayip Erdoğanın bəyanatına görə, əgər oktyabrın 17-də nail olunan razılaşmanın şərtləri yerinə yetirilməsə, Türkiyə hərbi əməliyyata davam edəcək.

Türkiyə prezidentinin bəyanatına görə, kürt döyüşçüləri sərhədin ətrafındaki əraziyi 120 saat içində tərk etməlidirlər ki, orda təhlükəsizlik zonası yaradılsın.

Onun dediyinə görə, əks təqdirdə, Ankara Suriyənin şimal hissəsində hərbi əməliyyata davam etməli olacaq.

Bununla yanaşı, Rəcəp Tayyip Erdoğan bəyan etdi ki, hərbi əməliyyat haqqında Donald Trampa oktyabrın 6-da, əməliyyatın başlamasından üç gün əvvəl telefon söhbəti zamanı xəbər vermişdi.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ-ın dövlət katibi və vitse-prezidenti Türkiyəyə getdilər və Türkiyə iqtidarı ilə Suriyədə atəşkəs haqqında razılaşdılar.

Razılaşmaya əsasən, hərbi əməliyyatlar beş günlüyünə dayandırılacaq və o vaxta qədər kürt döyüşçüləri  Türkiyə sərhədindən uzaqlaşmalıdırlar.