Rəcəp Tayyip Erdoğan - İstanbulda bütün səslər yenidən hesablanmalıdır
Rəcəp Tayyip Erdoğan - İstanbulda bütün səslər yenidən hesablanmalıdır

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın dediyinə görə, İstanbul merinin seçkiləri pozuntularla keçirildi, ona görə də, bütün səslərin yenidən hesablanması gərəkir.

Bu barədə məlumatı “Anadolu” agentliyi yayır.

Xatırladaq ki, Türkiyənin Mərkəzi Seçki Komisiyası Ankara və İzmir şəhərlərində səslərin sayılmasını başa çatdırdı. Hər iki şəhərin müxalifətçi meri olacaq.

Rəcəp Tayyip Erdoğan tələb edir ki, İstanbuldaki bütün səslərin yenidən hesablanması lazımdır.

Prezident seçkilərdə baş verən prosesləri “təşkil edilmiş cinayət” adlandırdı və Mərkəzi Seçki Komisiyasını pozuntuların istintaqına çağırdı.

“Söhbət 13-14 min səsdən gedirsə, qələbə haqqında danışmağa hələ kimsənin haqqı yoxdur” – dedi Türkiyə prezidenti.

Hazırda İstanbulda da müxalifət namizədi Əkrəm İmamoğlu liderlik edir.

İqtidar partiyası Ankaradaki səslərin də yenidən hesablanmasını tələb edirdi, ancaq MSK bu tələbi qəbul etmədi.