Rəcəp Tayyip Erdoğan - Dağlıq Qarabağ sadəcə Azərbaycanın deyil, Türkiyənin də problemidir
Türkiyə prezidentinn dediyinə görə, Dağlıq Qarabağ münaqişəsi sadəcə Azərbaycanın deyil, Türkiyənin də problemidir.
Bu bəyanatı Rəcəp Tayyip Erdoğan Bakıda, Türkiyə-Azərbaycan əməkdaşlıq şurasının səkkizinci iclasında çıxış edərkən verdi.
“Əsas istəyimiz Azərbaycanın suverenliyinin qorunması ilə bu problemin həll edilməsidir” – dedi Rəcəp Tayyip Erdoğan.
Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçilik edən ATƏT-in Minsk qrupunu tənqid etdi.
Erdoğanın dediyinə görə, Minsk qrupunun mövqeyi sadəcə Azərbaycan torpaqlarının deokupasiyasıdır. ancaq bu kifayət deyil.
Erdoğan həmçinin iki ölkə arasında ticari dövriyyənin böyüdülməsi haqqında danışdı.
Onun dediyinə görə, Türkiyə-Azərbaycan arasındaki ticari dövriyyə 2023-cü il üçün 15 milyard dollara çatmalıdır.