Rəcəp Tayyip Erdoğan bəyan etdi ki, Emanulel Makronun müsəlmanlara olan münasibətinə görə, psixiki müalicəyə ehtiyacı var
Rəcəp Tayyip Erdoğan bəyan etdi ki, Emanulel Makronun müsəlmanlara olan münasibətinə görə, psixiki müalicəyə ehtiyacı var

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bəyan edir ki, Fransa prezidenti Emanulel Makronun müsəlmanlara olan münasibətinə görə, psixiki müalicəyə ehtiyacı var.

Bu haqda məlumatı “Royter” agentliyi yayır.

“Makronun müsəlmanlarla və islamla nə problemi var? Ona psixiki müalicə lazımdır. Din azadlığını anlamayan və ölkəsində yaşayan, başqa dindən olan milyonlarla insana qarşı belə hərəkətlər edən prezident haqqında başqa nə demək olar? – dedi Erdoğan.

“Royter” yazır ki, bu bəyanatla Türkiyə prezidenti Fransa prezidentinin bəyanatına səsləndi, hansında Makron islam separatçılığına qarşı mübarizə aparacağına dair söz verdi.