Rəcəp Tayyip Erdoğan Aya Sofyanın məscidə çevrilməsi haqqında əmri imzaladı
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan Aya Sofyanın statusunun dəyişdirilməsi ilə bağlı əmri imzaladı.
Əmrə əsasən, bundan sonra, Aya Sofyanın muzey yerinə məscid statusu olacaq.
Bu haqda məlumatı “Royter” agentliyi yayır.
Erdoğanın yeni əmrinə əsasən, Aya Sofyada namaz qılınacaq və onun administrasiyası Diyanət Bakanlığının, yəni din işləri nazirliyinin tabeliyinə keçəcək.
Statusun dəyişdirilməsi haqqında sənədi Erdoğanın özü “Tvitterdə” yaydı.