Rəcəp Tayyip Erdoğan Avstriya Kanslerinə - Sizin təcrübəsiz qərarlarınız sizə çox baha başa gələcək
Rəcəp Tayyip Erdoğan Avstriya Kanslerinə - Sizin təcrübəsiz qərarlarınız sizə çox baha başa gələcək

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan Avstriya iqtidarını tənqid edir.

Bunun səbəbi isə, Avstriyanın Kantsleri Sebastian Kurtsun verdiyi qərardır.

Xatırladaq ki, Sebastaian Kurts Venada bir neçə məsçidi bağlatdırdı və 40 imamı ölkədən qovdu.

Hurriyet daily news-un məlumatına görə, Erdoğan buna cavab olaraq, bəyan etdi ki, Avstriya iqtidarı orada yaşayan 250 min türkün hüquqlarını pozur.

“Avstriya iqtidar başçısna müraciət edirəm, siz gəncsiniz və təcrübəyə ehtiyacınız var. Sizin bu təcrübəsiz hərəkətləriniz sizə baha başa gələcək” – dedi Erdoğan.

Türkiyə prezidentinin dediyinə görə, Avstriyanın qərarı “Yeni xaç yürüşünə” səbəb ola bilər.

“Həmçinin, bütün qərbə, xüsusi ilə də Almaniyaya müraciət edirəm, adamınıza ağıl verin, çünki vəziyyət kontrol altından çıxa bilər” – dedi Erdoğan.

Erdoğanın dediyinə görə, Avstriyatının hərəkətinə Türkiyənin də cavab tədbirləri var.